AZ   |   RU
,2021 22:06 UEFA Danimarka Finlandiya matçı ilə bağlı qərarını açıqladı - YENİLƏNİB
AVRO-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı ilə bağlı qərar açıqlanıb.

Missiya.Az
UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən - 41-ci dəqiqədən davam etdiriləcək.
Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq.

5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.
"Report"un məlumatına görə, buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə

Missiya.Az xəbə verir ki , ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.
İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.
Qarşılaşmada hesab açılmayıb.

  • 12-06-2021, 22:45