AZ   |   RU   |   Köhnə versiya

Rusiya müdafiə nazirinin deputat bacısı vəfat edib



Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bacısı, Dövlət Dumasının üzvü Larisa Şoyqu naməlum səbəbdən ölüb.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Vahid Rusiya fraksiyasının rəhbəri Sergey Neverov məlumat verib.

O, Larisa Şoyqunun ölümünün səbəbini açıqlamayıb. Bəzi mənbələrə görə deputat koronavirus infeksiyası fonunda insultdan ölüb.

Nazirin bacısı 1953-cü il yanvarın 21-də anadan olub. Dövlət Dumasında Vahiud Rusiya fraksiyasından reqlament və nəzarət üzrə komitə sədrinin müavini olub.


Baxış sayı: 52
  • 10-06-2021, 15:47