AZ   |   RU
Putin Paşinyanı yenə pərt etdi - Moskva və İrəvan fərqli mətnlər yaydı

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gün baş tutmuş telefon danışığının təfərrüatı məlum olub.
 
Missiya.Az
xəbər verir ki, Kremlin mətbuat xidməti danışığın Ermənistandakı vəziyyətlə bağlı olduğunu deyib.
 
Putin telefon danışığı zamanı Paşinyana deyib ki, Ermənistandakı vəziyyətin qanun çərçivəsində yoluna qoyulmasının tərəfdarıdır. 
Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyanın rəsmi saytı Kremlin mətbuat xidmətindən fərqli mətn yayıb. 

“Qraparak” qəzeti yazır: “Dünən Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistandakı vəziyyətin qanun çərçivəsində yoluna qoyulmasının tərəfdarı olduğunu deyib. Bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Bununla birlikdə, Putinin Paşinyanla telefon danışığına dair baş nazirin saytının dərc etdiyi, yazıda fərqliliklər var. Paşinyanın saytı məlumat yayıb ki, Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini deyib. Amma Kremlin açıqlamasında belə bir cümlə yoxdur”. 

Kremlin sözçüsü Dmitri Peskov Ermənistandakı vəziyyətlə bağlı yaydığı açıqlamaya bu gün yeni əlavə edib. 

Peskovdan xüsusi qeyd: “Dünən yayımladığımız mətni oxusanız, çox güman ki, Rusiya prezidentinin məsələni qanun çərçivəsində həll olumasının tərəfdarı olduğunu görəcəksiz. Bu çox vacibdir”.
 

Qeyd edək ki, bir neçə gün əvvəl də Paşinyanla Putin arasında baş tutmuş telefon danışığı ilə bağlı fərqli mətnlər yayılmışdı. Rəsmi Kreml telefon danışığı zamanı yalnız üçtərəfli bəyanatın bəndlərinin müzakirə olunduğu barədə məlumat yaysa da, Paşinyanın saytı Ermənistanın əsir, Azərbaycanın isə diversant hesab etdiyi hərbçilərin qaytarılması barədə söhbətin aparıldığını qeyd etmişdi.  

Elvin
Missiya.Az

 


  • 26-02-2021, 17:03