AZ   |   RU

Xəzər Siyasət Mərkəzi V İllik Transxəzər Forumu təşkil edəcək


İyunun 9-10-da Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) ABŞ Dövlət Departamenti, Ağ Ev, USAID, BP, həmçinin yerli və regional ekspertləri bir araya gətirərək V İllik Transxəzər Forumuna ev sahibliyi edəcək.

Missiya.Az
xəbər verir ki, forumun keçirilməsində məqsəd ABŞ və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətləri ilə əlaqədar imkanları və problemləri müzakirə etməkdir.

Bir illik gərgin beynəlxalq əlaqələrin nəticəsi kimi, Transxəzər Ticarət və Tranzit Dəhlizinin Şərqlə Qərbin qovşağındakı mövqeyi həmişə olduğu üzrə, indi də çox vacibdir.

Sağ tərəfində Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, sol tərəfində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan olan Transxəzər dəhlizi, Avropa Birliyi, Çin, Hindistan və Orta Şərq bazarlarını birləşdirən enerji baxımından zəngin quru yoludur.

Forumda siyasət və biznes sahələrindən olan liderlərin, regionun COVID-dən sonrakı bərpa yolunu, yüklərin müxtəlif coğrafi landşaftlar boyunca daşınması üçün ehtiyac duyulan sərt və yumşaq infrastrukturun inkişafına dair öhdəçiliyi və bu kimi layihələri asanlaşdırmaq üçün beynəlxalq investisiyaların cəlb olunmasını müzakirə edəcəkləri gözlənilir. Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini Kurt Donnelli, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Qrin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya Bürosu üzrə müdir müavini Margot Ellis və başqaları forum iştirakçıları arsındadırlar. Eyni zamanda, forumda təmsil olunan şirkətlər sırasında BP, SOCAR, JBIC və Chevron-un da adları yer almaqdadır.

COVID pandemiyasının önünə keçərək, Vaşinqtondakı idarəetmə dəyişiklikləri, Xəzərin Avropa Birliyinə enerji ixracatını asanlaşdıran boru xətlərinin tamamlanması və bərpa olunan enerji qaynaqlarına keçid, Transxəzər dəhlizini saysız-hesabsız yeni ticarət, iş və investisiya fürsətləri üçün açmaqdadır. Amerika Birləşmiş Ştatları ilə Transxəzər dəhlizi arasındakı strateji bağlantı, ortaya çıxan perspektivləri maksimum həddə çatdırmaq və iştirakçı bütün tərəflərin inkişafı naminə daha irəli səviyyədə qlobal əlaqəni təmin etmək üçün zəruri önəm daşıyır.

Forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirlikləri tərəfindən müştərək təşkil olunur, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə, ABŞ Ticarət Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənir.


Baxış sayı: 141
  • 8-06-2021, 15:25