AZ   |   RU
Azərbaycan mədəniyyətinə ağır itki üz verib


Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ağır itki üz verib. Mili teatr sənətində müstəsna xidmətləri olmuş görkəmli rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib. 


Missiya.Az xəbər verir ki, Azər Paşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. 


Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.


Allah rəhmət eləsin. Ruhu şad olsun.



  • 9-04-2023, 21:32