AZ   |   RU
Aİ bərpa olunan enerjini əhəmiyyətli dərəcədə artıracaq

 

Avropa İttifaqında bərpa olunan enerji mənbələrindən istifadə üzrə daha yüksək hədəflərə dair ilkin razılıq əldə olunub. 


Missiya.Az Reuters”ə istinadən xəbər verir ki, 2030-cu ilə qədər Aİ-nin hazırkı hədəfi bərpa olunan enerjinin payını 32%-ə çatdırmaqdır.


Avropa Parlamenti və Aİ üzvlərini təmsil edən Avropa Şurası müzakirəçiləri razılaşıblar ki, 2030-cu ilə qədər 27 Aİ ölkəsi enerjilərinin 42,5%-ni külək və günəş kimi bərpa olunan mənbələrdən əldə etməyi öhdəsinə götürəcək və potensial artım 45%-ə qədər olacaq.


2021-ci ildə Aİ enerjisinin 22%-ni bərpa olunan mənbələrdən əldə edib, lakin bu səviyyə ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişib. İsveç bərpa olunan enerjidə 63% payla Aİ-yə liderlik edir, Lüksemburq, Malta, Hollandiya və İrlandiyada isə bərpa olunan mənbələr ümumi enerji istehlakının 13%-dən azını təşkil edir.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 30-03-2023, 14:04