AZ   |   RU
Tehran rejiminin süqutu uzaqda deyil - İran rəzil vəziyyətə düşüb - Açıqlama


"İran İslam Respublikası demək olar ki, bütün məntiq normalarını itirib. Bu gün  mollakratiya rejimi ağlını o dərəcə qaçırıb ki, ölkə daxilində aylardır davam edən etirazların qarşısını almaq,  İran xalqının hüquqlarını güc yolu ilə yatırmaq yox islahatlara başlamaq əvəzinə Azərbaycan və Türkiyəyə qarşı çirkin niyyətlərini açıq şəkildə büruzə verməyə başlayıb". 

Bu sözləri Missiya.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi ekspert Tural İsmayılov deyib. 



Politoloq bildirib ki, İranda sekulyar dünyəvi quruluş istəyən əhalinin sayı çoxalıb. Ölkə daxilindəki etirazları yatırmaq üçün  Bəsic, Ettalat və SEPAH kimi təşkilatların həbs, ölüm və basqınlar kimi fəaliyyətlərinə rəğmən xalq qorxmadan, sona qədər öz mübarizəsinə davam etdirir:

"Hesab edirəm ki, İranda aylardır davam edən etiraz aksiyalarının qarşısındakı ağ cizgi onun daha da cızığından çıxması ilə nəticələnir.

İstənilən halda molla rejiminin Azərbaycanla bağlı qeyri-səmimi mövqeyi, ölkəmizə düşmən kəsilməsi, Bakı əleyhinə apardığı informasiya terrorunu bir an belə dayandırmamağı və həmçinin Ermənistandakı sorusçuların və Qərb imperialistlərinin hakimiyyətinə möhtac qalması İranın nə qədər rəzil bir vəziyyətə düşdüyünü göstərir".

Ekspert qeyd edib ki, bu gün İran, ona bağlı olan SEPAH terror təşkilatının müxtəlif media platformalarında ölkəmiz əleyhinə apardığı çirkin kampaniyalar əsla qəbul edilən deyil. Azərbaycan cəmiyyəti İranı, Ermənistanı və onların havadarlarını da çox yaxşı tanıyır. İranın süqutu çox yaxındır:

"Bu gün SEPAH-ın və İrandakı hərbi, dini - siyasi rəhbərliyin Azərbaycan əleyhinə apardığı kampaniyalar, ölkəmizi daim təhdid etməsi sadəcə olaraq boğazdan yuxarı verilmiş boş bəyənatlardır. Bütövlükdə İranın bütün dünya üçün təhdid olduğu da göz qabağındadır. Həmçinin, molla rejiminin Uranı zənginləşdirməsi də ABŞ, NATO və İsraili də ciddi narahat edir. İran İslam Respublikasının öz süqutunu yaxınlaşdırdığı günlər heç də uzaqda deyil".

Zərintac MAYİSQIZI 
Missiya.Az 



  • 22-03-2023, 16:11