AZ   |   RU
Paşinyanın deputatlığa namizədi İran vətəndaşı imiş

Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.

Missiya.Az
“Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu məlumatı Seçkilər müşahidə üzrə komitə bildirib.

“Seçkilərə nəzarət üzrə komitənin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılşaması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, - komitədən bildirilib.

Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.

Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək.


  • 3-06-2021, 18:01