AZ   |   RU
Azərbaycanda daha 128 nəfər COVID-19-a yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib. 3 624 nəfər aktiv xəstə sayını təşkil edib.


  • 3-06-2021, 16:37