AZ   |   RU
İranda yenidən zəlzələ olub


İran ərazisində yenidən zəlzələ olub.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 27 km cənub-şərqdə yerləşib, ocağı 61 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.



  • 16-03-2023, 22:28