AZ   |   RU
Rusiyada yaşayış binasında partlayış olub - Xəsarət alanlar var


Rusiyanın Zabaykalye diyarının Çita şəhərində çoxmərtəbəli yaşayış binasında meydana gələn partlayış nəticəsində 11 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, partlayışa yaşayış binasındakı mənzillərdən birində qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə binanın 4-cü və 5-ci mərtəbələrində bir neçə mənzil dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-03-2023, 15:29