AZ   |   RU
MOK-da Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibatı binasında Ümümmilli Lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib.

MOK-dan Missiya.Az-a
verilən məlumata görə, tədbirdə 1995-ci ildə Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin dünya, Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşündə ulu öndərin tarixi çıxışını izləyən idmançılar, məşqçilər və idman xadimləri bir araya gəliblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssislərinin, media nümayəndələrinin iştirak etdiyi yığıncaqda Heydər Əliyevin Azərbaycan idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevlə olan gürüşlərlə bağlı maraqlı anlardan danışılıb. İlk olaraq, 1995-ci il martın 5-də Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş olimpiya çempionu Nazim Hüseynov o tarixi günə dair xatərələrini bölüşüb. Həmin tarixdə bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu şərəfli tarixi gündən əsasını götürən və ölkədə indi də böyük uğurla davam etdirilən idmanın, olimpiya hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur, fərəh hissindən danışıb: “Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ancaq, onun Azərbaycan idmanına göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə MOK-un rəhbərliyini təklif etməsi olub”.


  • 3-03-2023, 17:57