AZ   |   RU
Litva növbəti sanksiya paketlərinə “Rosatom”un daxil edilməsinə çalışacaq

Litva Rusiyaya qarşı qəbul edilən 10-cu sanksiyaların müddəalarından məmnun deyil və sanksiya siyahısına “Rosatom” dövlət korporasiyasının və onun rəhbərlərinin daxil edilməsinə israr edəcək.

Missiya.Az
Litva KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Gitanas Nauseda bildirib.

“Ayrı-ayrı ölkələrin çox konkret addımları səbəbindən hələlik bunu edə bilməmişik. Mübarizəmizə davam edəcəyik, on ikinci paket olacaq. Mübarizə aparacağıq, sakitləşməyəcəyik. İctimai asayişi pozanlar olacağıq, amma bunu etməyə məcbur qalırıq, çünki bizim yerimizə heç kim gəlib mübarizə aparmayacağıq”, - o deyib.

G.Nauseda əlavə edib ki, 10-cu sanksiya paketinin tətbiqindən elə də xoşbəxt deyillər, çünki o da özündən əvvəlki 9-cu sanksiya paketi kimi müəyyən güzəştlidir.
Xatırladaq ki, Aİ ötən şənbə günü rəsmi jurnalda Rusiyaya qarşı yeni sanksiyalar paketini nəşr edib, o, artıq qüvvəyə minib. 10-cu sanksiyalar paketin tətbiqidən sonra ümumilikdə 1 473 fiziki şəxsə və 205 təşkilata sansksiya tətbiq olunur.

  • 28-02-2023, 23:12