AZ   |   RU
Türkiyədə seçkilər təxirə salınacaqmı? RƏSMİ AÇIQLAMA


Türkiyədə seçkilərin təxirə salınması gündəlikdə deyil. Hazırda bir nömrəli prioritetimiz yaraları tez bir zamanda sağaltmaqdır”.

Missiya. Az
xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
“Zəlzələdə itkilərimiz, xəsarət alanlarımız var. Yeganə dərdimiz yaralananlara, yaxınlarını itirənlərə, zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza dövlətin şəfqət əlini uzatmaqdır. Təbii ki, ağrımız böyükdür. Amma biz dövlət və millət birliyi ilə bu çətin günlərə qalib gələcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, seçkilərin mayın 14-də keçirilməsi planlaşdırılır. Lakin fevralın 6-da Türkiyədə baş verən və “əsrin fəlakəti” kimi tarixə düşən dağıdıcı zəlzələ ilə əlaqədar cəmiyyətdə seçkilərin vaxtının təxirə salınacağı iddia edilir.

  • 25-02-2023, 17:42