AZ   |   RU
Dumanlı hava ilə bağlı bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Missiya.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


  • 22-02-2023, 23:59