AZ   |   RU
Bakının sülh prosesinə dair aydın proqramı var, Ermənistan isə vaxt uzadaraq Azərbaycanın zəifləyəcəyinə ümid edir

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransının 59-cu sessiyası çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev,  ABŞ Dövlət katibi Antony Blinken və Ermənistan baş naziri Nikol Paşinyan tədbirdə iştirak ediblər.

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Bundan əlavə, demək istərdim ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır. O ki qaldı, sülh danışıqlarına biz bu mövqeyi başa düşə bilərik, lakin bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır”.

Prezident İlham Əliyevin bu çıxışı da aydın göstərdi ki, Azərbaycan tərəfi Ermənistanla münasibətin normallaşması, sülh sazişinin imzalanması üçün görüləcək işlərə dair aydın proqrama malikdir və irəli sürülən təkliflər də məhz bu prpqramdan irəli gəlir. Ermənistanın isə mövqeyi bəlli deyil. rəsmi İrəvanın nümayiş etdirdiyi sükutun arxasında nə dayanır?

Mövzuyla əlaqədar Missiya.Az-a açıqlama verən siyasi ekspert Asif Nərimalı bildirdi ki, müharibədən sonra İrəvan indiyə qədər Rusiyanın vasitəsilə bu prosesləri davam etdirib. Moskva masasında görüşlər keçirilib. Bununla bağlı anlaşmalar var:

“Görüşlərdə həm də Zəngəzur dəhlizinin açılması qeyd olunub. Ermənistan tərəfi öz istəyinin həyata keçirmək, Zəngəzur dəhlizinin açılmaması üçün Qərbin bu proseslərdə iştiriakına çalışıb. Bir növ buna nail olub. Brüssel fortmatının yaranması və digər məsələlər həmişə göstərir ki, Ermənistan qərb masasında istəklərinin relallaşacağına ümid edir. Azərbaycan tərəfi indiyə qədər bu manevrlərə qarşı belə bir gediş irəli sürüb ki, Zəngəzur və Laçın dəhlizi eyni şəkildə rejimləşdiriləcək. Bu o deməkdir ki, ya hər iki istiqmətdə dəhliz olacaq, hansı ki, Azərbaycan verib. Ermənistan da verməlidir, maneəsiz keçiddən söbət gedir. Ya da ki, Azərbaycanda post, quracaq. Əgər Zənəgzur dəhlizində nəzarərt məntəqəsi qurulursa Azərbaycan da Laçın dəhlizində nəzarət-keçid məntəqələri qurulacaq”.



Asif Nərimanlının sözlərinə görə, bu məsələdə, Zəngəzur dəhlizində nəzarət-keçid məntəqəsinin qurulmasını Qərb də istəyir:

“Çünki ora Rusiyanın nəzarət etməsini istəmirlər. Azərbaycan da mövcud şərtləri  prosesin maraqlarına uyğunlaşdırır. Qərb ölkələrinə göstərir ki, əgər istəmirsizsə o zaman Azərbaycan da Laçın dəhlizini qurmalıdır və bununla razılaşdırır da. Amma bu həm Ermənistanın, həm də Rusiyanın marağına uyğun deyil. Rusiya və Ermənistan bu prosesdə üz üzə qalır. Azərbaycan Qərbin təkliflərinə qarşı öz təkliflərini irəli sürür və razılaşır. O cümlədən də Rusiyanın təkliflərinə qarşı. Yəni strateji gediş edir. Və hər iki tərəfə göstərir ki, hansınız bacarırsızsa siz edin. Və biz o proseslə razıyıq”. 

Ekspert qeyd etdi ki, sözügüdən proses Brüseldən başlanan bir proses idi və Amerikanın keçirtdiyi Münhen görüşündə də bu məsələ gündəmə gətirildi:

“Prezidentin çıxışından, eləcə də Ermənistan tərəfinin görüşdən sonra verdiyi açıqlama göstərir ki, həmin üçtərəfli görüşdə Azərbaycanın tələbləri nəzərə alınıb. Prezident İlham Əliyev təklif vermişdi ki, hər iki dəhlizdə nəzarət-keçid məntəqəsi quraşdırılsın. O cümlədən, Qarabağdakı ermənilərin İrəvanla rəsmi Bakı arasında formal təmasların qurulması məsələsini də Amerika dəstəkləyib. Burada Ermənistan çətin vəziyyətdə qalır. İrəvan həmişə ümid etdiyi Qərb masasından da məğlub ayrılır. Mənim fikrimcə, prosesi pozmasının səbəbi budur. Çünki Rusiyanın tələbləri onların lehinə deyil, əleyhinədir. Və proses göstərir ki, Qərb masaında da istədiklərini ala bilmirlər”.

Politoloq, bu məsələdə Ermənistanın maksimum dərəcədə prosesi uzatmağa çalışdığını və Qərbə bir-birinə uyğun olmayan təzadlı açıqlamalar verdiyini vurğuladı: 

“Fikrimcə, burada hədəf nədir?- Prosesi bir qədər də dalana salmaq, sülh sazişini imzalamamaq və bir qədər də uzatmaq. Hədəf odur ki, yəni geosiyasi proseslərdə şərtlər dəyişə və bu da bizim regiondakı vəziyyətimizə təsir edə bilər. Belə bir prespektivdə önə çıxa bilərlər. Yalnız belə bir prespektiv yaranarsa, Azərbaycanın mövcud vəziyyətdəki əli zəifləyərsə bundan istifadə edərək ortaya çıxmağa çalışırlar. Ermənistan faktiki olaraq 44 günlük müharibədən sonra razılaşmaları məhz buna görə uzadıb. Sırf geosiyasi vəziyyət dəyişsin və bundan istifadə etsinlər”.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 22-02-2023, 22:10