AZ   |   RU
Çətin vaxtda Azərbaycan alternativ enerji mənbəyi kimi köməyə gəldi - Kolumbiya Universitetinin tədqiqatçısı


Avropada yaranan enerji böhranı bütün dünyaya təsir göstərir.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu ABŞ səfirliyi tərəfindən təşkil olunan enerji təhlükəsizliyi və Azərbaycanın roluna dair dəyirmi masada iştirak edən Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçı və böyük elmi işçisi Conatan Elkind bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi Avropada enerji böhranına səbəb olub, enerji daşıyıcılarının tədarükü xətlərinin işinə təsir göstərib.

Conatan Elkind onu da əlavə edib ki, qeyd olunan münaqişə təkcə Avropada enerji böhranına səbəb olmayıb, qlobal enerji sektoruna, ticari əlaqələrə əhəmiyyətli təsir göstərib, böhran yaradıb: "Rusiyadan Avropaya qaz tədarükündə yaranan problemlər, enerji sahəsində böyük çətinliklərə səbəb olub və alternativ enerji mənbələrinin olmasını daha da aktuallaştırdı. Bu çətin vaxtda Azərbaycan alternativ enerji tədarükü mənbəyi kimi köməyə gəldi. Azərbaycan qazının həcmləri Avropanın "mavi yanacağ"a olan ehtiyaclarını tam ödəyə bilməsə də, enerji böhranının aradan qaldırılmasına müəyyən dərəcədə töhfəsini verə bilər".


  • 22-02-2023, 17:52