AZ   |   RU
ABŞ-da zavodda partlayış olub, ölən və yaralılar var


ABŞ-ın Ohayo ştatının Bedford şəhərində yerləşən polad zavodunda partlayış baş verib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisədən sonra 13 nəfər xəstəxanaya aparılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə “Schumann & Co”nun polad zavodunda qeydə alınıb. Şirkət mis ərintiləri istehsal edir.
Hazırda yanğın nəzarət altına alınıb.

  • 21-02-2023, 08:07