AZ   |   RU
Fuat Oktay: "Dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır"


Türkiyənin Hatay vilayətində iki güclü zəlzələ nəticəsində dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hatayda baş verən zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Bölgədəki vətəndaşlarımızdan xarab olan binalardan uzaq durmaları və qruplarımızın xəbərdarlıqlarına həssaslıqla əməl etmələri xahiş olunur", - F.Oktay deyib.

AFAD da vətəndaşları dəniz səviyyəsinin 50 santimetrə qədər qalxma riskinə qarşı sahil zolağından uzaq durmağa çağırıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

  • 20-02-2023, 22:13