Bu il fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 % artıb.
Missiya.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildiirlir ki, yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının
86,7 %-i yerli investisiyalı,
13,3 %-i xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə)
150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi
12,1 %-i, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə
14,2 % təşkil edib.