AZ   |   RU
Bakı Biznes Mərkəzində Təhsil və Peşə Mərkəzlərinin 2-ci Tanıtım Sərgisi keçiriləcək

4-5 Mart tarixlərində Bakı Biznes Mərkəzində  Təhsil və Peşə Mərkəzlərinin 2-ci Tanıtım Sərgisi keçiriləcək.

Missiya.Az xəbər verir ki, sərgi Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin , Dövlət Məşğulluq agentliyinin, Peşə Təhsili üzrə Dövlət agentliyi , KOBİA və ÖTMA nın tərəfdaşlığı və  “World Karyera və Peşə Mərkəzinin və Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzinin  birgə  təşkilatçılığı ilə keçirilir.

Sərginin keçirilməsində məqsəd, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir. 

Təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər bu sərgidə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında 2 gün boyunca canlı və ətraflı məlumat ala biləcək. Sərgidə öz auditoriyası ilə canlı ünsiyyət qurmaq, daha çox potensial müştəriyə çatmaq və fəaliyyətini genişləndirmək istəyən mərkəzlər iştirak edə bilər. 
Sərgidə Xarici dil kursları, xaricdə təhsil mərkəzləri, pəşə təhsili məktəbləri,İT və Dizayn kursları, bağçalar, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak edə bilərlər. 

Sərgi Çərçivəsində Karyera Mərkəzlərinin və Dövlət Məşğulluq Agentliyinin  Stendində yarmarka da təşkil olunacaq. İş axtaranlar və Karyera qurmaq istəyənlər vakansiyası olan bir neçə şirkətlə burada tanış ola bilər. Burada eyni zamanda əlilliyi olan şəxslər üçün də onların əl işlərindən ibarət sərgi satış yarmarkası təşkil olunacaqdır. Sərginin sosial əhəmiyyətini vurğulamaq və hər hansısa bir Peşəyə sahib olmaqda hər kəsin bərabər hüquqlu olduğunu ictimaiyyətə çatdırmaq üçün bu sərgi xüsusi rola sahib layihələrdən biri olacaqdır.

Leyla SƏMƏNDƏR
Missiya.Az 

  • 19-02-2023, 20:58