AZ   |   RU
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 77 avtomobili maneəsiz keçib - YENİLƏNİB-11


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
 
Missiya.Az
"Report"a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

Belə ki, 1 minik və 5 yük avtomobili Laçından Xankəndiyə, 1 yük avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 77-yə çatıb.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

  • 15-02-2023, 20:02