AZ   |   RU
Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur

Milli maraqlar və strateji planlamanı özündə əks etdirən, dövlətin inkişafına, cəmiyyətin rifahına  xidmət edən Milli Prioritetlər adlı proqram dövlətin idarə olunmasında strateji planlaşmanın əksidir. Sosial-iqtisadi mədəni həyatda inamla yüksək inkişaf yolu keçən Azərbaycan dünyada təhlükəsiz müasir həyat səviyyəsinə malik dövlət kimi tanınır.

Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Münaqişənin həlli ilə regionun təhlükəsizliyinə və kommersiya imkanlarına şərait yaratdı. Qafqazın lider dövləti olan Azərbaycan regionun iqtisadiyyatında rolunu və statusunı möhkəmləndirdi. Əldə olunan qələbə iqtisadiyyatın yeni inkişaf prespektivlərini müəyyən edir.

Azərbaycan  iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqdisadi siyasət, milli dəyərlərin inkişafı və Vətən müharibəsində əldə olunmuş qələbənin yaratdığı yeni inkişaf imkanları, qarşıdakı illərdə Azərbaycanın daha da qüdrətli dövlətə çevriləcəyinə əminlik yaradır.

Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanığlığını təmin etməlidir.Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd qeyri-neft sektorunun payının artırılması və inkişafına nail olmaqdır. Davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli və hər bir vətəndaş bunu öz həyatında hiss etməlidir.

Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. Bunun üçün XXI əsrin tələblərinə uyğun təhsilin qurulması vacibdir.

Dövlətin davamlı inkişafını şərtlərindən amillərdən biri də yüksək səviyyəli təhsildir. Məhz təhsil vaistəsilə insan kapitalının milli sərvətdə iştirak payı  davamlı şəkildə atrırılmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssələrinin  kefiyyət baxımından rəqabətə davamlılığı təmin olunmalıdır.

Gülnar Tağıyeva
Nizami rayonu

  • 25-02-2021, 18:11