AZ   |   RU
Siyəzəndə baş verən qəzada ölənlərin sayı 4-ə çatıb

Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

Missiya. Az
xəbər verir ki, rayon sakini, “Audi” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib. 
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

  • 11-02-2023, 22:13