AZ   |   RU
Azərbaycandan göndərilən növbəti 229 nəfərlik xilasetmə heyəti Kahramanmaraşa çatıb


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti 229 nəfərlik şəxsi heyəti şəxsi (şəxsi heyət üçün təminat vasitələri və xilasetmə avadanlıqları) qardaş ölkənin Kahramanmaraş şəhərinə çatıb.

Missiya.Az "
Report"a istinadən xəbər verir ki, səhər saatlarından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycan xilasediciləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəliblər.

Onlar baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerlərinə göndəriləcək.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

  • 8-02-2023, 21:19