AZ   |   RU
“Fransa Azərbaycan-Ermənistan sərhədinə qoşun göndərəcək” – Fransalı deputat

“Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı missiyasının tərkibində jandarmlar göndərəcək”.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu fransalı deputat Natali Loiseau deyib.

“Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. İndi Aİ və ATƏT daha çox iş görməlidir”, - deyə Loiseau vurğulayıb.

Fransalı deputat xatırladıb ki, ötən ilin oktyabrında Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa dövlət başçısı Emmanuel Makronun dördtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərilməsi qərara alınıb. 


Daşqın Həsənov
Missiya.Az


  • 8-02-2023, 18:22