AZ   |   RU
“Bütün yolların açılması Türkiyə və Azərbaycandan çox Ermənistana lazımdır” – Paşinyan

“Biz 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində yazılanları həyata keçirməyə hazırıq”.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada regional infrastrukturların açılması məsələsindən danışarkən deyib.

“Əslində bu yolların açılmasını ən çox istəyən Ermənistandır, amma digər tərəfdən müqavimət var. Bu yollar başqa heç kimə daha çox lazım deyil, nə Azərbaycana, nə də Türkiyəyə. Onlara həqiqətən də bu yola ehtiyacı yoxdur. Çünki Türkiyə və Azərbaycanın bütün yollara alternativi var”.

Paşinyan qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında dəmir yolu və avtomobil yollarının açılması bizim Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəmizi xeyli artıracaq.


Daşqın Həsənov
Missiya.Az


  • 8-02-2023, 17:58