AZ   |   RU
Dörd ölkə 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyir


Argentina, Uruqvay, Çili və Paraqvay futbol üzrə 2030-cu il dünya çempionatına birgə ev sahibliyi üçün FIFA-ya müraciət edib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu, dörd ölkənin tarixi üçün çox önəmli hadisədir: "Biz yüzillik yubileyində mundiala yenidən ev sahibliyi etməyi arzulayırıq. Hamımız çox həvəsliyik. Biz futbol üçün yaşayırıq. Bilirik ki, bu, çox böyük öhdəlikdir. Argentina, Uruqvay, Paraqvay və Çilinin 2030-cu ildəki dünya çempionatını keçirmək üçün uyğun olduğunu bütün dünyaya sübut etməliyik".

Qeyd edək ki, tarixdə ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub.

  • 7-02-2023, 21:35