Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə azərbaycanlı diplomat Tvitterdə yazıb.
“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq.
Başın sağ olsun kardeş Türkiye!” – deyə diplomat qeyd edib.