AZ   |   RU
“Regionda uzunmüddətli sülhün möhkəmləndirilməsi üçün səyləri ikiqat artıracaq” - Mirzoyan

“Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb”. 

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı həmkarı Annalena Berbok ilə birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan onları nəzərdən keçirir və sülh sazişinin mətni üzərində işləməyə davam edir.

“Həmçinin bizdə öz təkliflərimizi Azərbaycan tərəfinə təqdim etdik və bir neçə gün əvvəl sülh müqaviləsi ilə bağlı Bakıdan cavab, o, cümlədən yeni təkliflər aldıq”, - deyə siyasətçi bildirib.

Mirzoyan Ermənistan tərəfinin sülh gündəmini irəli sürməkdə qərarlı olduğunu vurğulayıb. 

“Bu, regionda uzunmüddətli sülhün möhkəmləndirilməsi üçün səyləri ikiqat artıracaq”, - deyə erməni nazir qeyd edib.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 7-02-2023, 16:32