AZ   |   RU
Zəngəzurdan son xəbər - Bölgə Azərbaycan ordusunun nəzarətindədir - Erməni jurnalist FOTOLAR yaydı

Erməni jurnalist Narina Kirakosyan Azərbaycan-Ermənistan sərhəddinin Zəngəruz istiqamətində xidmət edən hərbçilərimizin şəkillərini yayıb.

Missiya.Az
xəbər verir ki, jurnalist Zəngəzur bölgəsinin bütün yollarında Azərbaycan əsgərlərini görməyin mümkün olduğunu qeyd edib.

Sitat: “Bunlar torpaqlarımızda, kəndlərimizdə, kəndlərimizin yaxınlığında, hava limanlarına bitişik ərazilərdə olan düşmən qoşunlarıdır. Demək olar ki, Zəngəzurdakı bütün yollarda belə mənzərəni görə bilərsiniz. Görün onlar neçə qayğısız və sərbəsdirlər”.

Qeyd edək ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Ermənistanın öz torpaqlarına qatmaq istədiyi bir neçə kənd Azərbaycan ordusunun nəzarətinə verilib. Bu səbəbdən Azərbaycan hərbçiləri Ermənistanın sərhəd kəndlərinə yaxın ərazilərdə, hətta bəzi yerlərdə kəndlərin mərkəzində mövqeləniblər. Həmçinin Ermənistanın Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan hərbçilərinin nəzarəti altındadır.


Elvin
Missiya.Az

  • 26-05-2021, 15:51