AZ   |   RU
Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır


Britaniyalı iş adamı Cim Retkliff İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərini almağa hazırlaşır.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, milyarder "qırmızı şeytanlar”ın rəhbərliyi ilə danışıqlara başlayıb.

O, klubun səhmləri üçün 4 milyard funt sterlinq təklif edib. Tərəflərin bu məbləğdə anlaşacağı və Retkliffin “Mançester Yunayted”in yeni sahibi olacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Yunayted”ə 2005-ci ildən amerikalı iş adamı Malkolm Qleyzer rəhbərlik edir.


  • 27-01-2023, 18:14