Bazar ertəsi 16 İyun 2025 / 11:20:11
                    AZ   |   RU
Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb
 
Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni "nagro.gov.az" və "ndim.gov.az" domen adları ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Bu barədə Missiya.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

  • 27-01-2023, 16:29