AZ   |   RU
“Ermənistan İranın düşmənlərini regiona dəvət edir” – Erməni siyasətçi

“Ermənistan özünün müttəfiqi ilə açıq-aydın düşmən olan geosiyasi birləşməni regiona dəvət edir. Həmin bölmə bizim müttəfiqimiz olan İranla düşməndir”.

Missiya.Az
“Hraparak” nəçrinə istinadən xəbər verir ki, bu sözləri AXCP-dən olan keçmiş deputat Arman Abovyan deyib.

“Qərbpərəst, avropapərəst, rusiyayönlü, anti-rus müzakirələri bir anlığa buraxmağa və vəziyyəti məntiqi təhlil edərək nələrin baş verdiyini anlamağa çalışın. İndi faktiki olaraq Tehranı hədələyən dövlətin nümayəndələrini İran sərhədinə gətiririk. Cəmi dörd gün əvvəl həmin bölmə tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olundu. Biz isə müttəfiqimizin düşmənini ölkəmizə dəvət edirik”, - deyə Abovyan vurğulayıb. 


Daşqın Həsənov
Missiya.Az


  • 27-01-2023, 16:19