Bazar ertəsi 2 İyun 2025 / 10:12:01
                    AZ   |   RU
Terror mahiyyətli fars rejiminə loyal münasibət göstərməyi özümüzə qadağan edək


Azərbaycanın İrandakı səfirliyində törədilən terror hadisəsinin məsuliyyəti bir başa Tehran rejiminin üzərinə düşür. Səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun hadisə nəticədində şəhid olması və diplomatik missiyanın iki əməkdaşının yaralanması İranın terrorçu siyasətinin növbəti qanlı təzahürüdür.

İran rejimi Azərbaycana və azərbaycanlılara qarşı daim aqressiv münasibətdə olub, hətta bu münasibətin tərkib hissəsi kimi qətllərin törədilməsinə də geniş şəkildə rəvac verib, yaxud da azərbaycanlıların məhvinə müxtəlif yollarla səylər göstərib. 

Birinci və ikinci Qarabağ savaşlarında İranın bir dövlət kimi Ermənistanın yanında dayanması, islam dövləti olmasına baxmayaraq, müsəlman dininə qarşı ən murdar addımlar atan ermənilərə hər cür dəstək göstərməsi, silah-sursatla təmin etməsi, kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi minlərlə Azərbaycan döyüşçüsünün şəhid olması ilə nəticələnib. Həm müharibədə, həm də dinc həyatda qətlə yetirilən azərbaycanlıların qanına əli bulaşan Tehran bu dəfə də diplomatik nümayəndəliyə qarşı yönələn qanlı olayın müəllifi kimi hədəf obyektinə çevrildi.

Ehtimallarımızın məntiqi izahını verək: 

1. İran xüsusi xidmət orqanları hadisəni terror adlandırmır;
2. Geniş açıqlamanı istintaq yekunlaşandan sonra verəcəklərini bildiriblər, halbuki hadisənin təfərrüatı tam məlumdur;
3. Səfirlik binası İran polisləri tərəfindən qorunmalı olduğu halda binaya avtomatlı şəxs rahat şəkildə daxil olur. Əgər Azərbaycan tərəfinin mühafizə xidməti müqavimət göstərməsəydi, qatil bütün səfirlik əməkdaşlarını güllələyəcəkdi;
4. İlkin açıqlamada bildirilir ki, qatil iki uşaqla binaya daxil olaraq arvadını axtarırmış. Hadisənin əks olunduğu videoda heç bir uşaq görünmür. 


İlkin şəkildə gəldiyimiz qənaətlər İranın bu terror hadisəsində maraqlı olduğu həqiqətini daha da qabarıq  göstərir. 

Bu da İranın terrorrçu xislətinin növbəti təzahürü. Məgər bu hadisədən sonra da Azərbaycanda bu ölkəyə simpatiya göstərənlər tapılacaq? İran bayrağını başı üzərində qaldıran azərbaycanlılar yenədəmi olacaqlar? Adam Xomeneinin şəkillərinə sığınanların bundan sonra da mövqelərində düzəlişlər etməyəcəyinə inanmaq istəmr. İran Azərbaycan dövlətinə, xalqına qarşı rəsmən düşmən münasibəti göstərir. Belə olan təqdirdə hansı azərbaycanlı islamdan uzaq düşən bu “islam dövləti”nə xoş münasibət sərgiləyəcək? Belə bir azərbaycanlı tapılacaqmı? Tapılacaqsa, onu azərbacanlı kimi təqdim etmək kökündən yanlış olacaq. 

Ölkədə İranla əməkdaşlıq edən media qurumları var. Xüsusən sosial şəbəkələrdə belə səhifələrin sayı çoxdur. Monitorinqlər aparılmalı, İranpərəst səhifələr aşkara çıxarılmalı, qanunvericiliyə uyğun qəti tədbirlər görülməlidir. 

İranda yaşayan azərbaycanlılar yəqin ki, sonuncu terror hadisəsindən sonra kəskin etiraz aksiyaları keçirəcəklər. İranın təhdidlərinin qarşısından çəkilmək terrorçuya meydan verməkdir. Azərbaycanın diplomatik səfirliyinə edilən hücumun tam mahiyyəti açıqlamayana, İranın Azərbaycana qarşı mənfur siyasətinə son qoyulmayana qədər farsa rejiminə yumşaq münasibət göstərmək xalqa və dövlətə hörmətsizlikdir. 

Ceyhun Musaoğlu 

  • 27-01-2023, 16:09