AZ   |   RU
Tramp ABŞ-nin iqtisadi çöküş təhlükəsini açıqlayıb

“ABŞ məhkəmələrinin mənim tətbiq etdiyim tarifləri ləğv etməsi ölkənin iqtisadi çöküşünə səbəb ola bilər”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.


Onun sözlərinə görə, tariflərin ləğvi fəlakətə aparan yoldur.


Tramp qeyd edib ki, bu, xarici ölkələrin ABŞ-yə iqtisadi təzyiq göstərməsinə yol açacaq:


“Əgər məhkəmələr hansısa şəkildə tariflərlə bağlı bizim əleyhimizə qərar çıxarsa, bu, digər ölkələrə bizə qarşı istifadə edəcəkləri anti-Amerika tarifləri ilə ölkəmizi girov saxlamağa imkan verəcək”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 2-06-2025, 10:09