Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehranın polis rəisi Hüseyn Rəhimi tutduğu vəzifəsindənazad edilib.
Missiya.Az xəbər verir ki, bu barədə “TASNİM” xəbər Agentliyi məlumat yayıb.
“Onu bundan sonra Əlborzun polis rəisi Abbas Əli Muhammediyan əvəz edəcək. Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, “İRNA” xəbər agentliyi isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə daxili işlər naziri Əhməd Vahidinin Tehranda Azərbaycan səfirliyinə silahlı hücumu qiymətləndirmək üçün görüşdüyünü açıqlayıb.
Daşqın Həsənov
Missiya.Az