AZ   |   RU
İranın fars olmayan vətəndaşları Azərbaycanla həmrəydir


İranda yaşayan və fars olmayan xalqların nümayəndələri Azərbaycan səfirliyinə hücumu pisləyib.

Missiya.Az
“Azad İran Teleqram” kanalına istinadən xəbər verir ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum İranda yaşayan fars olmayan xalqların təşkilatları tərəfindən qınaqla qarşılanıb.

Məsələyə dair sünni məzhəbli etnik bəluçların siyasi fəalları və təşkilatları açıqlama yayaraq, bunu terror aktı kimi dəyərləndirib və İran hakimiyyətinin məsuliyyət daşıdığını bildiriblər.

Habelə, digər etnik xalqların, o cümlədən ərəb, lorların da nümayəndələri hücum hadisəsini Tehran rejiminin mahiyyətindən irəli gələn əməl kimi qiymətləndiriblər.

Onlar bu hadisənin təsadüfi baş verməsi ehtimalının az olduğunu və Tehran rejimi tərəfindən planlaşdırıldığını yazıblar.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 27-01-2023, 15:24