AZ   |   RU
“NATO Rusiya Federasiyası ilə qarşıdurmaya cəlb olunacaq” - Zaxarova

“ABŞ-ın Almaniyanın Ramşteyn şəhərindəki hərbi bazasında NATO Müdafiə Nazirlərinin görüşü Qərbin Ukraynada münaqişənin daha da gərginləşdirmək kursunu təsdiqlədi”.

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki ABŞ hərbi bazasında Ukraynaya müdafiə yardımı üzrə təmas qrupunun səkkizinci iclası keçirilib. Bu görüşün nəticələri Qərbin tam məsuliyyətsizliyini və münaqişəni daha da gərginləşdirmək istəyini açıq şəkildə göstərir. NATO ölkələri Kiyevə müasir ağır hücum silahlarının tədarükünü artıracaqlarını təsdiqləyiblər”, - deyə siyasətçi vurğulayıb.

Zaxarova bildirib ki, NATO ölkələrinin Ukrayna ərazisində heç kimə, hətta öz vətəndaşlarına yazığı gəlmir.  

Onun sözlərinə görə, NATO ölkələrinin vətəndaşları başa düşməlidirlər ki, alyans tamamilə Rusiya Federasiyası ilə qarşıdurmaya cəlb olunacaq.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 27-01-2023, 15:23