AZ   |   RU
“Qərbin Ukraynaya tank tədarükü vəziyyəti Kiyevin xeyrinə dəyişməyəcək” - Zaxarova

“Qərbin Ukraynaya tank tədarükü vəziyyəti Kiyevin xeyrinə dəyişməyəcək. Əksinə, bu Qərb ölkələrini Rusiya ilə qarşıdurmanın yeni səviyyəsinə çıxaracaq”.

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bir daha xatırlatmaq istərdik ki, Ukraynaya çatan istənilən Qərb silahı Rusiya ordusu üçün qanuni hədəfə çevrilir”, - deyə siyasətçi vurğulayıb. 

Zaxarova qeyd edib ki, Kiyevə tank tədarükü Qərb ölkələrini xalqımız və ölkəmizlə qarşıdurmanın yeni səviyyəsinə çıxarır.


Daşqın Həsənov
Missiya.Az


  • 27-01-2023, 15:01