“Dini baxışlara hörmət seçim deyil, zərurətdir”.
Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin yandırılmasına və etirazlara reaksiya verib:
“Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və aşağılayıcı ifadələrin işlədilməsi, xüsusən də müsəlmanlar üçün Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət bir seçim deyil, zərurətdir. Avropa hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, gərək milyonlarla insanın müqəddəs saydığı şeylərə də hörmətlə yanaşsın”.