Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində Rusiya ordusuna qarşı ən şiddətli qarşıdurmaların yaşandığı Donbas bölgəsində Ukrayna ordusunu gücləndirmək üçün çalışdıqlarını bəyan edib.
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Zelenski Telegram hesabında paylaşdığı gündəlik videomüraciətində bildirib.
Zelenski, “Donbas münaqişələrində qoşunlarımızı gücləndirmək üçün müvafiq addımlar atırıq”,-deyə vurğulayıb.
Kiyevdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə də görüşdüyünü xatırladan Zelenski Ukraynanın Aİ ilə inteqrasiya prosesini də müzakirə etdiklərini qeyd edib.
Leyla SƏMƏNDƏR
Missiya.Az