Qlobal bir aktor olaraq Türkiyənin xarici siyasət yolu dünyanın gündəmindədir.
Missiya.Az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məqalə yazıb.
Məqalədə Ankaranın müstəqil, real siyasət yürüdən, problemlərə həll yolları axtaran mühüm qlobal aktor olduğu vurğulanıb.
Türkiyə ABŞ-ın gücünü məhdudlaşdıran ölkədir. Vaşinqton Ankara ilə əlaqələri gücləndirməlidir. Türkiyəni ortadan qaldırılmalı olan müttəfiq kimi görmək əvəzinə, strateji empatiya lazımdır. Ankaranın maraqlarını və hadisələri necə gördüyünü ABŞ anlamalıdır", - deyə bəyanatda deyilir.
Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil real siyasətlərindən söz açılıb.
“Ərdoğan Liviya, Suriya və Qarabağda kursu dəyişəcək addımlar atdı”, - deyə bildirilib.
Qeyd olunub ki, Avrasiya, İslam və Türk dünyasının qovşağında yerləşən Türkiyə Avropa, Yaxın Şərq, Orta Asiya və Qafqazda güclü təsirə malikdir:
“Türkiyə Bosniyadan Qətərə qədər bir çox ölkədə hərbi və ya sülhməramlı qüvvələr yerləşdirib”, - deyə əlavə olunub.
Daşqın Həsənov
Missiya.Az