“Azərbaycanın Ermənistana qarşı ekoterrorla bağlı bütün ittihamlarının doğru olduğunun sübutu Bern Konvensiyasına uyğun olaraq bu ölkəyə qarşı beynəlxalq arbitraj məhkəməsində ətraf mühitə külli miqdarda ziyan vurması ilə bağlı iddiadır”.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bunu başa düşən hər bir şəxs arbitraj məhkəməsinə qədər prosesin çox uzun olduğunu anlayır, çünki bütün lazımi sübutları təqdim etmək lazımdır.
“İki ildir bu istiqamətdə işlər aparılırdı. Sənədlər toplanıb, ekspertlər cəlb olunub, BMT-nin müvafiq orqanları ilə iş aparılıb”, - nazir bildirib.
O vurğulayıb ki, Azərbaycan Qarabağda humanitar böhran yaşanmaması üçün addımlar atır, lakin eyni zamanda, Azərbaycan xalqının əsaslı tələbləri də təmin edilməlidir.