AZ   |   RU
“Azərbaycan xalqı 20 Yanvarda azadlıq, müstəqillik eşqi ilə yaşadığını sübut etdi” - XİN başçısı
“Yanvarın 20-də Azərbaycan xalqı öz Vətəninə böyük məhəbbət və bağlılıq, azadlıq və müstəqillik arzularını nümayiş etdirdi”.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, bu faciəli gündə xeyli sayda azərbaycanlı sovet ordusunun qurbanı olub, buna görə də bu tarix Azərbaycan tarixində Qanlı Yanvar kimi qalıb.

“Həmin gün azərbaycanlılar müstəqillik və Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bütün dünyaya nümayiş etdirdilər.

Hadisələrin ertəsi günü Azərbaycanın ümummilli lideri Heydər Əliyev sovet hökumətinə üz tutdu və bu faciəni ən sərt şəkildə pislədi. Heydər Əliyevin belə dəstəyi xalqa əlavə stimul verdi”, - o bildirib.

  • 20-01-2023, 12:26