AZ   |   RU
Makrona sui-qəsd planlaşdıran 13 şəxs məhkəmə qarşısına çıxıb
 
2018-ci ildə Fransa prezidenti Emmanuel Makrona hücum planlaşdırmaqda və sui-qəsddə ittiham olunan ifrat sağçı 13 şəxsin məhkəməsi başlayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, Les Barjols kimi tanınan ifrat sağçı qrupla əlaqəsi olan 2-si qadın olmaqla 13 nəfər dünən Paris Cəza Məhkəməsində Makrona qarşı “terror və sui-qəsd” ittihamı ilə hakim qarşısına çıxıb.

Təqsirləndirilən şəxslər Makrona hücum cəhdində təqsirli bilinsələr, 10 ilə qədər həbs cəzası ala bilərlər.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 18-01-2023, 13:15