Gümrüdə ermənilərin ikinci anti-Rusiya aksiyası başa çatıb.
Missiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasını mühasirəyə alaraq aksiya keçirməyə çalışan ermənilərə Ukraynaya dəstək şüarlarının səsləndirilməsinə icazə verilməyib. Amma aksiyada Ukrayna bayrağı olub.
“Blokadadan çıxmaq naminə blokada” adı altında toplantı keçirməyə təşəbbüs göstərən ermənilərə Rusiya Federasiyasının 102-ci bazasının girişində çadırlar qurmağa və orada gecələməyə icazə verilmədiyi üçün blok üzvləri dağılışmaq qərarına gəliblər.
Nəriman Sultanoğlu
Missiya.Az