AZ   |   RU
Bakının tələbidir, Arayik və Ruben gedir – Erməni KİV


Qondarma respublikanın dövlət naziri Ruben Vardanyan bu yaxınlarda işdən çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib və şəxsən istefa vermək fikrində olmadığını açıqlayb. 

Missiya.Az  “Hraprak“ nəşrinə istinadən xəbər verir ki, bu barədə Vardanyan özünün “Facebook” səhifəsində yazıb.

“ Mən hər kəsi siyasi sağlam düşüncəyə və həmrəyliyə səsləyirəm. Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm. Eyni zamanda, "ölkə" (qondarma rejimin) "prezidenti"nin, eləcə də, "parlament"in də mümkün istefası qəbuledilməzdir" deyə bildirib.

Qondarma rejimin nəzərdə tutan Vardanyan, "ölkə"nin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün bütün səyləri artırmağın əhəmiyyətinə diqqət çəkib.

“Bu vəziyyətdə “düşmən”in gündəminə xidmət edir, təslim olmağa haqqımız yoxdur” deyə bildirib.

Vardanyan, hazırda qondarma republikanın Ermənistanın tərkibində saxlamaq üçün real imkanlarının olduğunu iddia edib.

O, vəziyyətin mahiyyətcə gərginləşdirilməsinin və onun istefasının bəzi dairələrin, indiki halda Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin tələbi olduğunu açıq şəkildə bildirib.

Erməni nəşri yazır ki, Vardanyan istefa ərizəsi təqdim etməyə bilər, lakin qondarma Respublikanın Konstitusiyasına əsasən, “prezident”in  hökumət üzvlərinin azad edilməsi və təyin edilməsi barədə qərarları imzalamaq səlahiyyətinin olması reallığında, Ruben Vardanyan topu Arayik Arutyunyana atır və onu  yaranmış vəziyyətə müdaxilə etməyə çağırır.

Digər tərəfdən erməni mənbələri bildirir ki, Arayik Arutyunyan siyasi sahənin oyunçularını inandırmağa çalışır ki, istefa verdikdən sonra o, müvəqqəti məmur kimi qondarma parlament və prezident seçkilərini təşkil edəcək. Halbuki Konstitusiyaya və mövcud qanunlara əsasən seçkiləri təşkil etmək səlahiyyəti yoxdur.

Qondarma qurumun rəhbəri Arutyunyanın tələbi "Meydan oyunçuları" tərəfindən qətiyyən qəbul edilmir, onlar düşünürlər ki, bu halda separatçı rejimdə hakimiyyət dəyişikliyi ola bilməz, çünki ənənəyə görə, seçkini kim təşkil edirsə, o hakimiyyətə çevrilir.

Belə şəraitdə Arutyunyan başa düşür ki, yalnız o, qondarma respublikada seçki proseslərinin pozulaması və anarxiya vəziyyətinin yaranması təhlükəsi nəticəsində Azərbaycanın öz arzusunu yerinə yetirmək imkanlarının güclənməsi fonunda seçkilərin keçirilməsi üçün təminat ala bilər.

Aqil Musa
Missiya.Az

  • 15-01-2023, 14:23