ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.
“Məxfi məlumatlara çıxışım olduğu üçün Prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında “məxfi” işarəsi olan daha beş səhifə tapıldı”, - deyə xüsusi müşavir qeyd edib.