AZ   |   RU
Özbəkistan əhalisinin sayı 36 milyonu ötüb
 
Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib.

Missiya.Az
Türkiyə kiv-nə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Statistika Agentliyi açıqlama yayıb.

Açıqlamada, 2022-ci il yanvarın 1-də 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixinə 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib. Beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.

Qeyd edək ki, Özbəkistan Müstəqil Dövlətlər Birliyində “ən gənc və sürətlə artan əhalisi olan ölkədir”.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 13-01-2023, 17:49